RU

Sürücüləri cərimələtdirən piyadalarla necə mübarizə aparılmalıdır? Ekspert İZAH ETDİ VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illərdə piyadaların yol verdiyi qayda pozuntuları nəticəsində yaranan qəzaların sayı artmaqdadır. Statsitikalar bu istiqamətdə maarifləndirmə işlərinin artırılması və təxirəsalınma tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir. Problemlə əlaqədar dəfələrlə mediada yol polisi tərəfindən də çağırışlar olub. Buna baxmayaraq, vəziyyət hələ də acınacaqlı olaraq qalır.

Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, dəfələrlə sürücülər piyadaların yaratdığı vəziyyətdən narazılıq bildiriblər. Lakin nə cərimələr, nə də yollardakı qadağanedici elementlər piyadaların məsuliyyətini artırmağa kömək edir.

“Belə videolardan birində Binə qəsəbəsi ərazisində piyadanın “zebra”nın üstündə dayandığı görünür. Sürücülər piyada keçidinin üstündə gözləyən vətəndaşa əlləri iləç keçməsi barədə işarə edirlər, piyada da guya onları görmür, əhəmiyyət vermir və nəticə etibarilə, sosial şəbəkələrdə biz verilən reaksiyadan anlaşılır ki, həmin piyada sürücüləri tələyə salır. Ayağını “zebra”nın üstünə qoyur və sürücülərin cərimələnməsinə səbəb olur.

Bu, əxlaq normalarına zidd davranışdır, mənəviyyatsız hərəkətdir. Düşünürəm ki, boş adamdır və sürücülər belələrinə görə diqqətli olmalıdır. Mən tövsiyə edərdim ki, belə situasiyalara görə avtomobilə videoregistrator quraşdırmaq mütləqdir. Haçansa belə vəziyyətə görə cərimə gələndə qeydə alınan görüntülər əsasında sübut edə bilirsiniz ki, əslində siz ona yol vermişdiz”.

Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
avtosfer.az

1Источники