RU

Siqaret kötüyünü maşından yerə atan sürücü 200 MANAT CƏRİMƏLƏNDİ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirildi ki, 90-FD-099 dövlət nömrə nişanlı “Infiniti” markalı avtomobilin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb. Həmin şəxs 200 manat məbləğində cərimə edilib.

***

14:00

***

Paytaxtın Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 23-də saat 16:08 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 90-FD-099 dövlət nömrə nişanlı “Infiniti” markalı avtomobilin sürücüsü əlindəki siqaret kötüyünü nəqliyyat vasitəsinin pəncərəsindən yolun hərəkət hissəsinə atıb.

Qeyd edək ki, bu cür davranış yalnız ətraf mühitin çirkləndirilməsi ilə məhdudlaşmır. Hərəkətdə olan avtomobildən atılan siqaret kötüyü küləyin təsiri ilə digər nəqliyyat vasitələrinin üzərinə düşə, açıq pəncərə və ya havalandırma vasitəsilə salona daxil olaraq əlavə risk yarada bilər. Bundan başqa, isti mövsümdə yol kənarındakı quru örtüyə düşən belə tullantılar yanğın ehtimalını da artırır ki, bu da bir anlıq məsuliyyətsizliyin daha geniş miqyaslı nəticələrə səbəb ola biləcəyini göstərir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
70
1
avtosfer.az

2Источники