RU

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan bayraq yandırma təcrübəsini pisləyərək, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırıb.

"Ölkə.az" xəbər verir ki, bunu Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan Ermənistanın Respublika Meydanında Türkiyə bayrağının yandırılması ilə bağlı danışarkən bildirib.

“Baş nazir Paşinyan bu təcrübəni qınayır, onu məsuliyyətsiz və qəbuledilməz adlandırır. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aydın təxribatçı və gərginlik yaradan davranışdır”, - Baqdasaryan bildirib.

Elvin

Ölkə.az

Избранный
59
10
olke.az

10Источники