RU

Günay Qurbanova bürünc medal qazandı - AÇ

Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün daha 4 qadın güləşçimiz xalça üzərinə çıxıb.

Təmsilçimiz Günay Qurbanova (59 kq.) bürünc medal uğrunda görüşdə Marta Getmanovanaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

Jalə Əliyeva (57 kq.) yarımfinalda türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla, Birgül Soltanova (65 kq.) isə yarımfinalda rusiyalı dünya ikincisi Alina Kasabiyevaya (UWW) 10:11 hesabıyla məğlub olub. Hər iki güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Ruzanna Məmmədova (62 kq.) isə 1/4 finalda rusiyalı Amina Tandelovaya (UWW) 0:5 hesabıyla məğlub olub.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək 5 medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.

Избранный
52
1
football-plus.az

10Источники