RU

Tramp: İsrail və Livan sülh razılaşmasına yaxınlaşıblar...

ABŞ prezidenti tərəflərin atəşkəs rejimini daha üç həftə uzatmaq barədə razılığa gəldiyini bildirib...

ABŞ prezidenti Donald Tramp İsrail və Livanın sülh barədə razılığa gəlmək üçün böyük şansa malik olduğunu bildirib.

Poliqon xəbər verir ki, bu barədə “Associated Press” Agentliyi məlumat yayıb.

Tramp jurnalistlərə açıqlamasında İsrail və Livan səfirlərinin Ağ Evdə keçirdiyi görüşün “çox yaxşı” keçdiyini deyib. Onun sözlərinə görə, tərəflər atəşkəs rejiminin daha üç həftə müddətinə uzadılması barədə razılığa gəliblər.

Oval kabinetdə keçirilən görüş zamanı Tramp bildirib ki, tərəflər “Hizbullah barədə düşünməlidir”. ABŞ prezidentinin sözlərinə görə, İran tərəfindən dəstəklənən qruplaşma danışıqlara qarşı çıxır və ilkin atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra hər iki tərəf onun şərtlərini dəfələrlə pozub.

Tramp sosial şəbəkədə yazıb ki, ABŞ Livanın “Hizbullah”dan müdafiəsinə kömək etmək üçün bu ölkə ilə əməkdaşlıq edəcək.

Daha sonra Oval kabinetdə çıxış edən Tramp yaxın iki həftə ərzində Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Jozef Aunla görüşəcəyini gözlədiyini bildirib.

Poliqon.info

Избранный
31
2
poliqon.info

2Источники