RU

Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatdan çıxma ilə bağlı yenilik

Bakı. Trend:

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqdaməhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığıyaşayış yeri üzrə müəyyən ediləcək.

Trend-in əldəetdiyi məlumata görə, məsələ ilə əlaqədar bir sıra hüquqi aktlardaözünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib.

Cinayət-Prosessual Məcəlləyə əsasən, xaricdətörədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsinAzərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyətgöstərən məhkəməyə aiddir.

Baş prokuror və ya onun müavini xarici dövlətlərinməhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasıbarədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarınçıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, buməlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq vəmənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərinsonuncu yaşayış yeri üzrə, hökmün və ya digəryekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakınyerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.

Yeni qərara görə isə, yuxarıda nəzərdə tutulanmaddələrdə ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən “axırıncıyaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları “Yaşayış yerivə olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cümaddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtivaedir.

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrəqeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfəqeydiyyata alındığı yaşayış yeri üzrə müəyyənediləcək.

Избранный
41
10
az.trend.az

10Источники