Bakı. Trend:
Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiqqərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus“Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinəməxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinətətbiq edilmiş sanksiyalar ləğv olunub.
Bu barədə Trend-aASCO-dan məlumat verilib.
Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiyasiyahısından çıxarılıb.
Məsələnin müsbət həlli Azərbaycan Respublikası PrezidentAdministrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalışəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyətnəticəsində mümkün olub.
Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasındaüçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarıisə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiyatələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuşqərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın vəkonstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.
ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlətşirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə,beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinəciddi riayət etməklə davam etdirəcək.