BAKI,TurkicWorld
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,09 ABŞ dolları və ya 0,96% ucuzlaşaraq 112,02 ABŞ dollarına enib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,15 dollar və ya 1,04% ucuzlaşaraq 108,94 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki
göstərici ilə müqayisədə 0,1 dollar və ya 0,12% azalaraq 86,29 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,37 dollar və ya 1,22% azalaraq 110,94 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.