RU

Vinisius Junior barədə qərar verildi

“Real Madrid” Vinisius Junior ilə yeni müqavilə imzalamaq üzrədir. Metbuat.az xəbər verir ki, tərəflər arasında razılıq əldə edilib. Bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq sosial media hesabında məlumat yayıb. Onun iddiasına görə, tərəflər yekun detalları müzakirə edirlər. Məlumata görə, müqavilə yenilənsə belə, klubun ən yüksək maaş alan futbolçusu hücumçu Kilian Mbappe olaraq qalacaq. Hazırda Vinisius Junior illik 25 milyon avro qazanır, Mbappenin illik gəliri isə 32 milyon avrodur.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
78
metbuat.az

1Источники