RU

Finlandiyadan yeni təhlükəsizlik addımı Politoloq

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Finlandiya hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə nüvə silahlarının idxalı və saxlanmasına icazə verilməsini təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, müdafiə naziri Antti Häkkänen bildirib ki, təşəbbüs potensial rəqiblərə qarşı çəkindiriciliyi artırmaq və NATO çərçivəsində təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.

Siyasi şərhçi saytımıza verdiyi açıqlamada Turan Rzayev hesab edir ki, Finlandiyanın bu addımı regiondakı təhlükəsizlik riskləri fonunda başa düşüləndir.

Onun sözlərinə görə, davam edən Rusiya-Ukrayna müharibəsi və artan gərginlik sərhəd ölkələrini daha ehtiyatlı siyasət yürütməyə vadar edir.

Rəsmi Moskva isə təşəbbüsə sərt reaksiya verib. Dmitri Peskov bu addımı “qarşıdurma və müharibə xəbərdarlığı” kimi qiymətləndirib.

Rzayev vurğulayır ki, söhbət Finlandiyanın nüvə silahı istehsal etməsindən yox, zərurət yaranarsa NATO-nun nüvə imkanlarının ölkə ərazisində yerləşdirilməsindən gedir.

Onun fikrincə, bu addımın əsas məqsədi çəkindirmə effektini artırmaq və potensial təhdidlərin qarşısını almaqdır.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
icma.az

1Источники