RU

"Bitcoin" ucuzlaşdı

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə əsasən azalma müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bazarın aparıcı aktivi olan Bitcoin son 24 saatda 0,1% azalaraq 77 729 dollar səviyyəsində qərarlaşıb.

    İkinci ən böyük kriptovalyuta olan Ethereum isə 1,5% ucuzlaşaraq 2 308 dollar olub.

    Digər əsas kriptovalyutalar arasında BNB 0,51% azalaraq 632 dollar, XRP 0,88% artaraq 1,42 dollar olub. Bundan başqa, Solana 0,58% azalaraq 85 dollar, Dogecoin isə 1,41% bahalaşaraq 0,097 dollar səviyyəsində qərarlaşıb.

    Stabil kriptovalyutalar arasında Tether 0,04% artaraq 1 dollar, USD Coin isə 0,02% artaraq 0,9999 dollar təşkil edib.

    Qeyd edək ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,31% azalaraq 2,59 trilyon ABŞ dollarına çatıb.

    Избранный
    50
    5
    bakivaxti.az

    10Источники