Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Polşanın Baş naziri Donald Tusk ABŞ-ın NATO öhdəliklərinə əvvəlki səviyyədə sadiq qalacağına dair şübhələrini ifadə edib və Avropa İttifaqını şəxsi müdafiə mexanizmlərini gücləndirməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Tuskun sözlərinə görə, Avropa üçün əsas sual Amerika Birləşmiş Ştatlarının "NATO müqavilələrində nəzərdə tutulduğu qədər sadiq olub-olmayacağıdır". O vurğulayıb ki, Rusiya tərəfindən gələn təhdid ciddi olaraq qalır və bu təhlükə "illər deyil, aylar ərzində" reallaşa bilər.
Baş nazir Avropanın qarşılıqlı müdafiə bəndini möhkəmləndirməyə çağıraraq qeyd edib ki, təkcə formal təminatlar kifayət deyil və onları praktiki mexanizmlərə çevirmək lazımdır.
Bununla belə, Tusk NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsini şübhə altına almadığını, lakin Avropanın "okeanın o tayından" gələn təhlükəsizlik zəmanətlərindən daha az asılı olmalı olduğunu düşündüyünü dəqiqləşdirib.
Financial Times qeyd edib ki, Polşa Baş nazirinin bəyanatları ABŞ-ın xarici siyasətindəki qeyri-müəyyənlik və Prezident Donald Trampın açıqlamaları fonunda Avropada artan narahatlığı əks etdirir.
Məryəm Quliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.