RU

MPL: Açılış oyunları FİFA referilərinə tapşırıldı

Misli Premyer Liqasında 29-сu turun iki oyununun hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, turun aprelin 25-də keçiriləcək açılış oyunları FİFA referilərinə tapşırılıb.

Qeyd edək ki, turun qalan oyunları 26-27 apreldə keçiriləcək.
 
Misli Premyer Liqası
29-cu tur
25 aprel 

16:00. “İmişli” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov.
VAR: Elvin Bayramov, Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.

18:30. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ. Şəhər stadionu. 

Избранный
25
fanat.az

1Источники