RU

Çin vətəndaşlarını İranı tərk etməyə çağırdı

Pekin rəhbərliyi İranda təhlükəsizlik risklərinin davam etdiyini əsas gətirərək, bu ölkədə yaşayan vətəndaşlarına İranı tərk etmələri və ən qısa zamanda təhlükəsiz bölgələrə keçmələri ilə bağlı çağırışını yeniləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çinin İrandakı səfirliyi və baş konsulluqları tərəfindən yayılan xəbərdarlıqda bildirilib. 

Qeyd olunub ki, İranın hava məkanının bəzi hissələri uçuşlar üçün açıq olsa da, bölgədə vəziyyət hələ də həssas olaraq qalır, təhlükəsizlik şəraiti isə mürəkkəb və dəyişkəndir.

Vətəndaşlara diqqətli olmaları, dövlət və hərbi təyinatlı obyektlər kimi həssas ərazilərdən uzaq durmaları, həmçinin ölkəni tərk edərək mümkün qədər tez təhlükəsiz zonalara yönəlmələri tövsiyə olunub.

Bildirilib ki, İranda qalmağa davam edən şəxslər fövqəladə hallarda dərhal yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalı, eyni zamanda Çinin diplomatik nümayəndəliklərindən yardım istəməlidirlər.

Vurğulanıb ki, bu xəbərdarlığa baxmayaraq İrana səfər etməyi seçən vətəndaşlar ciddi təhlükəsizlik riskləri ilə üzləşə və konsulluq dəstəyi alma imkanından məhrum qala bilərlər.

Qeyd edək ki, Çin hakimiyyəti ABŞ və İsrailin hücumlarının başlamasından bir gün əvvəl - fevralın 27-də də İrandakı vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı analoji xəbərdarlıq etmişdi.

Избранный
27
cebheinfo.az

1Источники