Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-nin Oklahoma ştatı ərazisində tornado baş verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İnid şəhərindən keçən tornado azı 10 nəfərin yüngül xəsarət alması ilə nəticələnib.
Təbiət hədisəsi həm də dağıntılara səbəb olub. Belə ki, tornado evlərlə yanaşı, ABŞ Hərbi Hava Qüvvələrinin Vens bazasına da ziyan vurub. Bazanın ərazisində xəsarət alanların olmadığı bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.