RU

NBA: “Atlanta” və “Minnesota” seriyada önə keçib, “Toronto” ilk qələbəsini qazanıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin üçüncü oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “Atlanta Hoks” “Nyu York Kniks”i (109:108), “Minnesota” “Denver Naqqets”i (113:96) məğlub edərək seriyada 2:1 hesabı ilə önə keçib.

“Toronto Reptors” isə “Klivlend Kavalyers”i 126:104 hesabı ilə üstələyərək seriyada ilk qələbəsini qazanıb – 1:2.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
azertag.az

2Источники