RU

Vinisiusun "Real Madrid"dəki aqibətinə aydınlıq gəldi - SON DURUM

"Real Madrid" liderlərindən birini saxlamaq üçün vacib bir addım atıb. 

Fanat.Az xəbər verir ki, klub Vinisius Junior ilə müqavilənin uzadılması barədə praktik olaraq razılığa gəlib.

İnformasiyanı tanınmış insayder Florian Plettenberq yayıb.

Mənbələrin məlumatına görə, tərəflər arasında artıq prinsipial razılaşma əldə edilib və hazırda gələcək razılaşmanın son detalları müzakirə olunur.

Braziliyalı futbolçunun yeni müqaviləsinə baxmayaraq, Kilian Mbappe komandada ən yüksək maaşı almağa davam edəcək.

Cari La Liqa mövsümündə Vinisius 31 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Избранный
27
fanat.az

1Источники