RU

ABŞ hərbi təyyarəsi Türkiyədə qəza siqnalı ötürüb

Bakı. Trend:

ABŞ-yə məxsus hərbi təyyarə Türkiyənin hava məkanında qəzasiqnalı göndərib.

Trend xəbər verirki, bu barədə hava nəqliyyatının real-vaxt monitorinqini həyatakeçirən “Flightradar24” portalı məlumat yayıb.

Məlumata görə, RCH525 reysi ilə uçan hava gəmisi Bakı vaxtı ilə08:51-də dispeçer qülləsinə 7700 kodlu siqnalı ötürüb. Həmin kod“ümumi fövqəladə vəziyyət”i bildirir.

ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarə Birləşmiş ƏrəbƏmirliklərindən uçub. Təyyarə İncirlik aviabazasına məcburi enişetməli olub.

Göyərtədə baş verən insidentlə bağlı məlumat yoxdur.

Məqalədə:
Избранный
28
1
az.trend.az

2Источники