RU

Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Bakıdan yola düşdü

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Yeniavaz.com xəbər verir ki, taxılın ümumi çəkisi 350 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Sonuncu dəfə aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
21
yeniavaz.com

10Источники