RU

Hicran Hüseynova: Süni intellektin sürətlə yayılması əqli mülkiyyətlə bağlı suallar yaradır

Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində konseptual suallar meydana çıxarır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında deyib.

Onun sözlərinə görə, süni intellekt müxtəlif sahələrin inkişafında mühüm yer tutur:

"Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində konseptual suallar meydana çıxarır. Məhsulun sahibinin kim olmasa sualı ortaya çıxır. Son zamanlar dünyada süni intellekt sahəsində strategiyalar müəyyənləşdirilir".

Azərbaycanda da belə bir strategiyanın təsbitinə toxunan deputat əlavə edib ki, ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiyalar sahəsində fəaliyyət təkmilləşdirilir: "Dünyada qəbul edilir ki, süni intellektlə bağlı hüquqi anlayışlar dəyişsə, bu, böyük bir inqilab olacaq".

Избранный
13
far.az

1Источники