ain.az, Qol.az portalına istinadən məlumat verir.
"Atletik"də Valverdeni kim əvəz edəcək?
"Athletik" Bilbao klubunun baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, bask klubunun rəhbərliyi Edin Terziçi komandanın başına gətirmək istəyir.
Terziçin son iş yeri Almaniyanın "Borussiya" Dortmund klubu olub. O, 2018–2024-cü illər arasında burada köməkçi məşqçi, baş məşqçi və texniki direktor vəzifələrində çalışıb. Daha əvvəl isə "Vest Hem", "Beşiktaş" klublarında da fəaliyyət göstərib.
Hazırda “Atletik”i Ernesto Valverde çalışdırır. O, 2022-ci ildən komandaya rəhbərlik edir və mövsümün sonunda klubdan ayrılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.