RU

Süni intellektin hüquqi statusu müzakirə mövzusudur - Hicran Hüseynova

Bakı. Trend:

Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində yenivə mürəkkəb suallar formalaşdırır.

Trend xəbərverir ki, bunu deputat Hicran Hüseynova bu gün Bakıda "BeynəlxalqƏqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: ƏqliMülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masadaçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt müxtəlif istiqamətlərdə əqlimülkiyyətlə kəsişir:

"Bu texnologiyalar vasitəsilə yaradılan məhsulların realsahibinin kim olduğu məsələsi artıq aktual müzakirə mövzusunaçevrilib. Ənənəvi hüquqi yanaşmalar insan yaradıcılığınaəsaslandığı halda, süni intellektin iştirakı bu sərhədləriqeyri-müəyyən edir. Süni intellekt müxtəlif istiqamətlərdə əqlimülkiyyətlə kəsişir. Dünyanın bir çox ölkəsində bu sahədəstrategiyalar qəbul olunaraq icraya yönəldilib.

Azərbaycanda da Süni İntellekt Strategiyası 2025–2028-ci illərçərçivəsində bu istiqamətdə hüquqi və institusional bazaformalaşdırılır, yeni çağırışlara uyğun normativ mexanizmlərhazırlanır.

Mühüm müzakirə mövzularından biri süni intellekt sistemlərininhüquqi statusudur. Bəzi mütəxəssislər hesab edir ki, süni intellektayrıca hüquqi subyekt kimi qəbul edilməməli, yalnız bir alət və yaəmtəə kimi qiymətləndirilməlidir. Digər yanaşmaya görə isə süniintellektin müstəqil qərarvermə qabiliyyəti onun hüquqi statusunundaha dərindən araşdırılmasını tələb edir.

Bununla yanaşı, süni intellektin patent hüququna malik obyektləryaradıb-yarada bilməsi də ciddi mübahisə doğurur".

Избранный
64
1
az.trend.az

1Источники