RU

Zelenski Azərbaycana gələ bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Səudiyyə Ərəbistanına səfər edə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə "Suspilne" nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, bunlar dövlət başçısının planlaşdırılan xarici səfərləridir, lakin səfərlərin təfərrüatları hələlik açıqlanmayıb.

Daha əvvəl bildirilmişdi ki, Zelenski beynəlxalq əlaqələri çərçivəsində Səudiyyə Ərəbistanı və Azərbaycana səfər etmək imkanını nəzərdən keçirir.

Zelenskinin 2024-cü ildə Azərbaycana planlaşdırılan səfəri müzakirə olunmuşdu, lakin səfər həmin vaxt baş tutmayıb.

Ağarza Elçinoğlu 

Избранный
15
38
unikal.az

10Источники