RU

Azərbaycanda silah əldə etməyin şərtləri: kimlərə icazə verilir?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda mülki silah əldə etmək müəyyən qaydalar və məhdudiyyətlər çərçivəsində həyata keçirilir. Bu qaydalar arasında yaş həddi əsas şərtlərdən biri hesab olunur. Azərbaycanda silah almaq üçün neçə yaşdan yuxarı olmaq lazımdır? Bu sual bir çox vətəndaşı maraqlandırır.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ərazisində silah mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan hesab olunur. Hər kəsin silah əldə etmək hüququ var, lakin bu proses müəyyən qaydalar çərçivəsində həyata keçirilir. Vətəndaş ilk növbədə ərazi üzrə polis orqanına müraciət etməli, almaq istədiyi silah və onun təyinatı barədə ərizə ilə məlumat verməlidir. Ərizədə silahın hansı məqsədlə (özünümüdafiə, ovçuluq və s.) alınacağı qeyd olunmalıdır.

Daha sonra vətəndaş sağlamlıq vəziyyəti ilə bağlı müvafiq tibbi arayışları toplayaraq polis orqanına təqdim edir. Bütün sənədlər yoxlanıldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müsbət qərar verildiyi halda, şəxsə silahın alınmasına icazə verilir.

“Bu icazə əsasında vətəndaş yalnız lisenziyalı satış məntəqələrindən silah əldə edə bilər. Qeyd etmək lazımdır ki, ölkə ərazisində silah satışı xüsusi icazə tələb edən fəaliyyət sahəsidir və Daxili İşlər orqanlarının razılığı olmadan satış həyata keçirilmir.

Silah əldə edildikdən sonra o, yenidən müvafiq polis orqanında qeydiyyata alınır və sahibinin adına rəsmiləşdirilir. Bundan sonra silahın saxlanması və istifadəsi ilə bağlı qaydalara riayət olunmasına nəzarət edilir, vətəndaş isə müəyyən dövrlərdə yoxlamalara cəlb oluna bilər”, – deyə hüquqşünas bildirib.

Silahı yalnız lisenziyalı mağazalardan almaq olar. Mağaza şəxsdən rəsmi icazə sənədini tələb etməlidir. Azərbaycanda silah əldə etmək üçün minimum yaş həddi 18-dir.

Lakin təkcə yaş kifayət etmir, şəxs sağlamlıq, məhkumluq və digər hüquqi tələblərə də cavab verməlidir.

Bütün bu şərtlər yoxlanıldıqdan sonra yalnız rəsmi icazə ilə silah almaq mümkündür.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
bizimyol.info

1Источники