Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbərin mətni
İnnovasiya ekosistemi — iqtisadiyyatın innovasiya fəaliyyətini birgə stimullaşdıran, qarşılıqlı əlaqəli institutlar, təşkilatlar və imkanlar şəbəkəsindən ibarət olan sistemdir. Bu kontekstdə innovasiya potensialı dedikdə, konkret innovasiya sahələrində rəqabət üstünlüyü yaratmağa imkan verən biliklər, ixtisaslaşmış bacarıqlar və institusional imkanlar nəzərdə tutulur. Bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən “İnnovativ potensial: əqli mülkiyyət + süni intellekt” mövzusunda dəyirmi masada söyləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.