RU

ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır

ABŞ ordusu İranla bağlı yeni hərbi plan üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İddiaya əsasən, bu plan Hörmüz boğazındakı hərbi obyektlərin, eləcə də İranın dəniz və raket imkanlarının hədəfə alınmasını nəzərdə tutur.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp Pakistanın müraciəti ilə İranla bağlı atəşkəsin danışıqlar başa çatana qədər uzadılmasına qərar versə də, Hörmüz boğazındakı blokadanın davam edəcəyi bildirilib.

CNN-in iddiasına əsasən, Pentaqon Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzi ətrafında yerləşən İran mövqelərinə mümkün zərbələri nəzərdən keçirir. Bu hədəflər arasında İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürətli hücum qayıqları və mina yerləşdirmək üçün istifadə olunan gəmilər də var.

Избранный
8
publika.az

1Источники