RU

İrandan Rusiya ilə bağlı QƏRAR – Ləğv edildi

Regional gərginliyin dünya ticarətinə təsir etdiyi bir vaxtda Tehran strateji müttəfiqi olan Moskva üçün mühüm bir qərar qəbul edib. İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti” agentliyinə verdiyi açıqlamada bildirib ki, İran tərəfi hazırda Hormuz boğazından keçid üçün tətbiq edilən xüsusi rüsumlardan bəzi ölkələri azad edib. Səfirin sözlərinə görə, bu “imtiyazlı” ölkələr siyahısında ilk yerdə Rusiya dayanır.

NOCOMMENT.az xəbər verir ki, İranın Moskvadakı diplomatik missiyasının rəhbəri bu addımın “dost ölkələrə” qarşı atılan bir addım olduğunu vurğulayıb. “Hazırda bəzi ölkələr üçün istisnalar nəzərdə tutmuşuq. Gələcəkdə nə olacağını bilmirəm, lakin hazırda Xarici İşlər Nazirliyimiz Rusiya kimi dost dövlətlər üçün nəzərdə tutulan güzəştləri işə salmağa çalışır”, — deyə Cəlali qeyd edib. Xatırladaq ki, Tehran administrasiyası bir müddət əvvəl Hormuz boğazından keçən gəmilərə təhlükəsizlik xərclərini kompensasiya etmək məqsədilə rüsumlar tətbiq etməyə başladığını elan etmişdi. Lakin bu yeni qərar göstərir ki, strateji tərəfdaşlıq iqtisadi tələblərdən daha üstün tutulur.

Sara,
NOCOMMENT.az

Избранный
51
4
nocomment.az

4Источники