RU

FBİ-dan xüsusi əməliyyat: Sinaqoqa hücum hazırlayan terrorçular yaxalandı

ABŞ xüsusi xidmət orqanları Xyuston şəhərinin yəhudi icmasını hədəf alan irimiqyaslı terror aktının qarşısını alıblar.

Musavat.com xəbər verir ki, bu barədə ABC News məlumat yayıb. FBİ və regional polisin birgə keçirdiyi əməliyyat nəticəsində dindar şəxslərə qarşı amansız hücum hazırlamaqda şübhəli bilinən iki gənc saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları Leksınqton sakini olan 18 yaşlı qız barədə məlumatları FBİ-a ötürüblər.

İstintaq materiallarına görə, həmin şəxs Texasdan olan əlbiri ilə birlikdə Şimali Karolinadakı "Congregation Beth Israel" sinaqoqunun dindarlarını hədəf seçib. Onlar ibadət zamanı maksimum sayda insanı öldürmək üçün kütlənin üzərinə maşın sürməyi planlaşdırıblar.

Şübhəlilər zərərsizləşdirilib, lakin ehtiyat tədbiri olaraq Xyuston yəhudi icması sinaqoqu və "Şlenker" məktəbini bir günlük bağlamaq qərarına gəlib. Faktla bağlı genişmiqyaslı araşdırma davam edir.

Musavat.com

Избранный
27
1
musavat.com

2Источники