RU

Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.  

Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən Bank Respublika, bu münasibətlə “Sahibkarlara 10 fürsət” adlı kampaniyaya start verdiyini elan edib.

Kampaniya çərçivəsində banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi sahibkarlar 10 bank məhsul və xidməti üzrə xüsusi imtiyazlar əldə edərək, biznes fəaliyyəti üçün zəruri olan xidmətlərdən əlavə xərc olmadan yararlanmaq və əsasən hesablaşma-kassa əməliyyatlarını ödənişsiz həyata keçirmək imkanı qazanacaqlar.

Bu çərçivədə sahibkarlara təqdim olunur:

Hesabın açılması – pulsuz;

Valyuta mübadiləsi üzrə komissiya – pulsuz;

Əmək haqqı kartları (5 illik) – pulsuz;

Biznes kart standart(1 illik) – pulsuz;

İnternet Bank Xidməti – pulsuz;

Mobil POS - pulsuz;

Bankdaxili köçürmələr – pulsuz;

Çek kitabçasının verilməsi- pulsuz;

Əmək haqqı kartlarına köçürmələr- 50% Endirim;

Yaşıl investisiyalara verilən kreditlərə 15%-dək keşbek imkanı.

Bankdan bildirilib ki, kampaniyanın əsas məqsədi sahibkarların əməliyyat xərclərini azaltmaq, onların maliyyə alətlərinə çıxışını asanlaşdırmaq və bizneslərini daha sürətli inkişaf etdirmələrinə dəstək olmaqdır.

Kampaniya 25.05.2026 tarixinə qədər davam edəcək.

Bank Respublika İlham Əliyev Sahibkarlar Günü Bank Respublika sahibkarlara kampaniya sahibkarlara 10 fürsət kampaniyası Bank Respublika biznes kampaniyası Azərbaycanda sahibkarlığa dəstək kiçik və orta biznes dəstəyi sahibkarlar üçün bank xidmətləri biznes hesabı açılması pulsuz internet bank xidmətləri biznes üçün mobil POS xidməti Azərbaycan sahibkarlara bank güzəştləri yaşıl investisiya kreditləri Azərbaycan biznes kart və əmək haqqı kartları sahibkarlar üçün maliyyə imkanları Azərbaycanda bank kampaniyaları sahibkarların əməliyyat xərclərinin azaldılması
Избранный
32
7
marja.az

8Источники