Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2025-ci ilin İş Planına uyğun olaraq keçirilmiş 21 audit və analitik fəaliyyət zamanı dövlət əmlakının istifadəsi və idarə olunması sahəsində hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Gununsesi.info-nun xəbərinə görə, araşdırmalar göstərir ki, pozuntular əsasən dövlət əmlakının icarəyə verilməsi prosesində qeydə alınıb.
Belə ki, bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl olunmayıb, icarə haqları düzgün hesablanmayıb və dövlət büdcəsinə köçürülməyib. Eyni zamanda bəzi hallarda icarə müqavilələrinin ümumiyyətlə bağlanmadığı müəyyən olunub.
Bundan əlavə, dövlət əmlakının silinməsi zamanı müvafiq icazələrin alınmaması, eləcə də səlahiyyətə aid olmayan əmlakın icarəyə verilməsi kimi qanun pozuntuları da aşkarlanıb.
Xüsusilə diqqət çəkən məqamlardan biri icarəyə verilmiş sahələr üzrə daxilolmaların 50 faizinin dövlət büdcəsinə yönəldilməməsi, həmçinin dövlət əmlakının satışından əldə olunan vəsaitlərin büdcəyə ödənilməməsi hallarıdır.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.