RU

AzRe Təkrarsığorta nın rəhbərliyinə yeni təyinat

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat olub.

Bu barədə təkrarsığorta şirkətindən bildirilib.

Məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının keçmiş sədri Orxan Bayramov təkrarsığorta şirkətinin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. O bu vəzifədə keçmiş bankir Asim Salamovu əvəzləyib.

Bununla da "AzRe"nin Direktorlar Şurası sədr Tokay Əlizadə ilə birlikdə üç nəfərdən ibarət olub.

Xatırladaq ki, Orxan Bayramov 2013-2017-ci illərdə ASA-nın sədri, 2017-2018-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi, 2018-2024-cü illərdə isə "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru vəzifəsində çalışıb.

İş elanları AzVak.az-da

© APA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
3
marja.az

8Источники