RU

Akademiya şəhərciyindəki Nadir ağaclar parkı artıq öz bəhrəsini verir

Bakı, 24 aprel, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına baxış keçirib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, İsa Həbibbəyli parkda əkilmiş ağac və kol bitkilərinə mütəmadi aqrotexniki qulluğun göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. İsa Həbibbəyli qeyd edib ki, üç il əvvəl “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, nadir dekorativ ağac və kol bitkilərinin əkilməsi ilə salınmış Nadir ağaclar parkı artıq öz bəhrəsini verir. Nadir ağaclar parkı ölkəmizdə ekologiyanın qorunmasına, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına Akademiyanın bir töhfəsidir.

Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, AMEA-nın Azad Həmkarlar İttifaqının və AMEA-nın Rəyasət Heyəti aparatının Akademiya şəhərciyi şöbəsinin əməkdaşları iştirak ediblər.

Избранный
3
20
azertag.az

10Источники