RU

Bu, daha geniş iqtisadi əlaqələrin qurulması üçün test mərhələsidir

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü ilk baxışda siyasi sensasiya kimi təqdim olunsa da, mahiyyət etibarilə daha çox iqtisadi və logistik zərurətdən irəli gələn addımdır. Bu proses göstərir ki, regionda iqtisadi rasionalizm müəyyən hallarda siyasi gərginliyi üstələyə bilir. Xüsusilə enerji məhsulları kimi strateji mallar bazar prinsiplərinə daha tez uyğunlaşır və tərəflər üçün qarşılıqlı fayda yaradan sahələrdən biri kimi çıxış edir. Ermənistanda yanacaq bazarının idxaldan asılı olması, Azərbaycanın isə ixrac potensialı bu tip əməliyyatları iqtisadi baxımdan məntiqli edir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

A.İbrahimov bildirib ki, daşınmanın Gürcüstan üzərindən həyata keçirilməsi də onu göstərir ki, tərəflər arasında birbaşa iqtisadi inteqrasiya hələ formalaşmayıb: “Yəni bu, klassik ticarət münasibətlərindən çox, dolayı və ehtiyatlı iqtisadi kontakt kimi qiymətləndirilməlidir. Vacib məqam ondan ibarətdir ki, bu cür tədarüklərin qısa müddətdə təkrar olunması artıq müəyyən sabit mexanizmin formalaşdığını göstərir. Bu isə gələcəkdə daha geniş iqtisadi əlaqələrin qurulması üçün test mərhələsi kimi çıxış edə bilər”.

Onun fikirlərinə görə, lakin mövcud reallıqda bunu Azərbaycan-Ermənistan münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirmək düzgün olmaz: “Çünki iqtisadi əməkdaşlığın dayanıqlı və genişmiqyaslı olması üçün siyasi risklərin azalması, hüquqi çərçivənin formalaşması və xüsusilə sülh sazişinin imzalanması vacib şərtlərdir. Qısaca desəm, baş verənləri daha çox praqmatik bazar davranışı və məhdud iqtisadi yaxınlaşma kimi dəyərləndirmək olar. Bu istiqamətdə davamlılıq yaranarsa, o zaman iqtisadi münasibətlərin tədricən genişlənməsi real ssenariyə çevrilə bilər”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
icma.az

2Источники