ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Xəbərin mətni
Şəhərsalma zəngin və çoxşaxəli elmdir. Şəhərsalma sənədində və Baş Planlarda bir sıra aspektlər nəzərə alınmalıdır. Şəhərsalmanın vacib tələbi istehsal sahələrinin düzgün yerləşdirilməsidir. Bu proses ölkəmizdə uğurla davam edir, bölgədə layihələr həyata keçirilir. İnsan həyatının hər bir sahəsi şəhərsalma ilə bağlıdır. Bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə adıçəkilən qurum və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində "Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.