ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, vəsiyyətini dövlətə bağışladığını açıqladıqdan sonra müğənni İbrahim Tatlısesin sərvəti ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, ifaçının meneceri Tuğçe Korkmaz məsələ ilə bağlı "Gel konuşalım" proqramına telefonla qoşularaq münasibət bildirib. O, Tatlısesin sərvətinin açıqlanan siyahı ilə kifayətlənmədiyini bildirib:
"Tatlısesin bir sözü var, "Pulum azalar, amma bitməz". Həmin siyahı tam deyil. Sənətçinin hotelləri, maşınları da var. İllərdir pərəstişkarları tərəfindən ona nə qədər avtomobil hədiyyə edilib. Tatlısesin saat kolleksiyası da var".
Tuğçe Tatlıseslə eşq yaşaması iddialarını isə təkzib edib. O, yaxında ailə quracağını əlavə edib.
Qeyd edək ki, Tatlıses açıqlamasında "Mirasımı dövlətə verirəm. Heç kimə bir qəpik də yoxdur. Pul özümündür, istəsəm, paylayaram, kimə nə?" deyə, bildirib.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.