RU

AzParking yayılan iddialar AYDINLIQ GƏTİRDİ

Ajans.az xəbər verir ki, “AzParking”-in parklanma xidməti üzrə bütün əməkdaşları yalnız xüsusi təsdiq olunmuş iş geyimində fəaliyyət göstərir.
Mülki geyimdə hər hansı şəxsin parklanma üzrə monitorinq  etmək səlahiyyəti mövcud deyildir. Sosial şəbəkələrdə yayılan videoda əks olunan şəxsin “AzParking” ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini rəsmi mənbələrə əsaslanmayan məlumatları yaymamağa çağırırıq. Bu kimi halların ictimaiyyət arasında çaşqınlıq yaratdığını və qurumun nüfuzuna xələl gətirdiyini nəzərinizə çatdıraraq bildiririk ki, yanlış məlumatların yayılması ilə bağlı hüquqi tədbirlər tərəfimizdən görüləcəkdir.

Vətəndaşlardan xahiş edirik ki, hər hansı şübhəli hal ilə qarşılaşdıqda rəsmi kanallar vasitəsilə “AzParking” ilə əlaqə saxlasınlar.

Избранный
47
11
Ajans.az

10Источники