ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Aprelin 17-də saat 19 radələrində çaqqal hücumu səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub”.
KONKRET.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onlara vəhşi heyvan dişləməsi diaqnozu təyin olunub:
“Pasiyentlərə zəruri tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.