RU

NATO ABŞ təyyarələrindən imtina edərək Avropa kəşfiyyat təyyarələrinə keçəcək

ain.az bildirir, Bizimyol portalına istinadən.

Şimali Atlantika Alyansı (NATO) Almaniyada yerləşdirilmiş uzaqmənzilli radar aşkarlama təyyarələri "AWACS" parkını yeniləməyi planlaşdırır və bununla bağlı ABŞ təyyarələrindən imtina etməyi nəzərdə tutur.

Bizimyol.info xəbər verir ki, bu barədə DPA agentliyi alyansdakı mənbələrə istinadla məlumat yayıb.

Məlumatlara görə, gələcəkdə Kanada istehsalı olan "Bombardier" təyyarələri, İsveç müdafiə konserni Saab tərəfindən hazırlanan "GlobalEye" kəşfiyyat və erkən xəbərdarlıq sistemi ilə təchiz ediləcək. Sifarişə 12-yə qədər "Global 6000" və ya "Global 6500" təyyarəsi daxil ola bilər və layihənin dəyəri bir neçə milyard avro təşkil edəcək.

NATO nümayəndəsi bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Son qərarın NATO-nun iyul ayında Ankarada keçiriləcək sammitinə qədər veriləcəyi gözlənilir. Bu çoxmilyardlı layihəni NATO Təminat və Alqı-Satqı Agentliyi həyata keçirir.

DPA-nın bildirdiyinə görə, ilkin olaraq NATO "Boeing E-7A Wedgetail" tipli ABŞ təyyarələrini sifariş etməyi planlaşdırırdı. Lakin ABŞ hökumətinin keçən yay proqramdan çıxacağını açıqlamasından sonra bu plan ləğv olundu. Keçən il sentyabrda Almaniya Müdafiə Naziri Boris Pistorius bildirib ki, "AWACS" kəşfiyyat təyyarələrinin istismarından çıxarılmasından sonra Almaniya Saab-ın "GlobalEye" sistemini nəzərdən keçirə bilər. Gözlənilir ki, ABŞ-ın çıxmasından sonra ən böyük xərcləri Almaniya öz üzərinə götürəcək.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
bizimyol.info

1Источники