RU

Mayk Şou: Hərbi risk sığortası artıq çevik və gündəlik bazar dialoqu tələb edən mexanizmə çevrilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Qırmızı dəniz və Hörmüz boğazı kimi strateji əhəmiyyətli marşrutlarda hərbi risk sığortası bazarı son dövrlərdə daha dinamik xarakter alıb və artıq ümumi sığorta yanaşması üçün keçərli deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə “II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu”nda çıxışı zamanı “Orbis Risk Partners” şirkətinin direktoru Mayk Şou bildirib.

Onun sözlərinə görə, hər bir gəmi üzrə əvvəlcədən razılaşdırma tələb olunur və sığorta qiymətləri gündəlik bazar dəyişikliklərinə həssasdır.

“Orbis Risk Partners”in rəhbəri bildirib ki, Qara dəniz regionunda Ukrayna və Rusiya ilə bağlı daşımalar da yüksək risk zonası kimi qiymətləndirilir və bu istiqamətdə sığorta tarifləri situasiyadan asılı olaraq dəyişir. Onun sözlərinə görə, ilk mərhələdə risk qeyri-müəyyən olduğundan sığorta haqları yüksək olsa da, daşımaların problemsiz həyata keçirilməsi ilə tariflər tədricən stabilləşib.

Mayk Şou həmçinin vurğulayıb ki, yük və adi gəminin hərbi risk sığortaları arasında fərqlər mövcuddur: “Gəmi sahibləri adətən sığortanı özləri təmin etsə də, yüksək riskli zonalarda bu xərclər çarter müqavilələri vasitəsilə yük sahiblərinə ötürülə bilir. Buna görə də tərəflər sığorta şərtlərini diqqətlə izləməli və mümkün geri ödənişlərin düzgün şəkildə nəzərə alındığından əmin olmalıdırlar. Multimodal və dəmir yolu daşımalarında hərbi risk sığortası standart paketlərə daxil edilmir və bu istiqamətdə ayrıca sığorta mexanizmlərinin tətbiqi zəruridir”.

Şirkət direktoru qeyd edib ki, müasir qlobal logistika mühitində risklərin idarə olunması artıq sığorta məhsulunun mövcudluğu ilə deyil, həm də operativ informasiya mübadiləsi və çevik qərarvermə ilə birbaşa bağlıdır.

Müxbir-Vüqar Qurbanoğlu

Müxbir-Vüsalə Səfərova

Tərcüməçi-Əyyub Ələsgərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
azertag.az

2Источники