RU

Qarabağ Zəfərinin siyasi hüquqi nəticələri və Azərbaycanın xarici siyasəti DİA da təlim

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri hüquq elmləri doktoru, professor Namiq Əliyev “Qarabağ Zəfərinin siyasi-hüquqi nəticələri və Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edib. O, iştirakçılara müasir geosiyasi reallıqlar, beynəlxalq hüquq müstəvisində Qarabağ zəfərinin nəticələri, eləcə də Azərbaycanın xarici siyasət prioritetləri barədə ətraflı məlumat verib.

Təlim zamanı professor Namiq Əliyev Qarabağ Zəfərinin beynəlxalq hüquq baxımından yaratdığı yeni reallıqları, Azərbaycanın ərazi bütövlüyünün bərpasının hüquqi əsaslarını və bu kontekstdə BMT başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin əhəmiyyətini geniş şəkildə təhlil edib. O, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiyanı, regional təhlükəsizlik arxitekturasını və Azərbaycanın xarici siyasət prioritetlərini elmi əsaslarla şərh edib. Təqdimat çərçivəsində Vaşinqton danışıqları üzrə əldə olunan razılaşmalar, sülh gündəliyinin əsas elementləri, dövlətlərin qarşılıqlı ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də regional nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya imkanları nəzərdən keçirilib. Bununla yanaşı, münaqişə ilə bağlı beynəlxalq hüquqi terminologiya, “muzdlu” anlayışı, o cümlədən Qarabağda yaşayan erməni əhalinin hüquqi statusu və vətəndaşlıq məsələləri üzrə yanaşmalar təlim iştirakçılarına təqdim olunub.

Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə praktik yanaşmalar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azertag.az

2Источники