RU

Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının yarımfinalında

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, İslam Bazarqanov (57 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram) 1/4 finalda rəqiblərinə qalib gələrək növbəti raunda vəsiqə qazanıblar.

Rəşid Babazadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) 1/4 finalda, Osman Nurmaqomedov (97 kiloqram) isə təsnifat mərhələsində uduzublar.

Bu gün, həmçinin Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Birgül Soltanova (65 kiloqram) bürünc medal uğrunda görüşdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. İndiyədək yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar. Qadınların güləşində isə Günay Qurbanova (59 kiloqram) Avropa üçüncüsü olub.

 

Избранный
24
8
azertag.az

10Источники