RU

SON DƏQİQƏ: Türkiyə SİLKƏLƏNDİ - Ard-arda 10 zəlzələ OLDU

Səhər saatlarında Türkiyədə baş verən 5.9 ballıq zəlzələnin ardından Aralıq dənizi yenidən silkələnib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) dənizdə 5 bal gücündə növbəti yeraltı təkanın qeydə alındığını açıqlayıb.

Məlumata görə, bu zəlzələdən dərhal sonra bölgədə 4.2 və 4 bal gücündə daha iki sarsıntı baş verib. Bununla da səhər saatlarından etibarən Aralıq dənizində baş verən zəlzələlərin ümumi sayı 10-a çatıb.

AFAD-ın məlumatına görə, 5 ballıq zəlzələ saat 11:58-də, Muğlanın Datça rayonundan 316 kilometr məsafədə qeydə alınıb. Təkanların yerin 15 kilometr dərinliyində baş verdiyi bildirilir.

Xatırladaq ki, ilk güclü sarsıntı səhər saat 06:18-də Krit adası sahillərində 5.9 bal gücündə baş verib. Yerin 7 kilometr dərinliyində olan həmin zəlzələ Türkiyənin Muğla şəhəri və ətraf bölgələrində də hiss edilib. Qısa müddətli panika yaşayan sakinlər sarsıntıdan sonra küçələrə axışıblar. 

Musavat.com

 

Избранный
36
40
musavat.com

10Источники