RU

“Heç kim Amerika ilə razılaşmadan danışmır” - İran rəsmisi

İranda ABŞ ilə danışıqlara qarşı sərt mövqe səsləndirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Məşhəddə fəaliyyət göstərən yüksək vəzifəli ruhani Əhməd Alamolhoda açıqlama verib.

Bildirilib ki, o, ölkədə heç kimin ABŞ ilə razılaşmanın tərəfdarı olmadığını və bu mövqenin danışıqlara qarşı ciddi etirazı əks etdirdiyini deyib.

Qeyd olunub ki, Alamolhoda “heç kim Amerika ilə razılaşmadan danışmır” ifadəsini işlədərək danışıqları “faydasız və nəticəsiz” adlandırıb.

Məlumata görə, o, bütün qərarların ölkə rəhbərliyinin səlahiyyətində olduğunu vurğulayıb.

Açıqlamada bildirilib ki, ruhani İranın nüvə proqramı və raket imkanları ilə bağlı hər hansı güzəşt ehtimalını da qəti şəkildə rədd edib.

O qeyd edib ki, heç bir rəsmi zənginləşdirilmiş urandan imtina etməyə, nüvə texnologiyasını ləğv etməyə və ya raket potensialını məhdudlaşdırmağa razı olmayacaq.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
46
1
redaktor.az

2Источники