“Bavariya” Manuel Noyerlə yeni müqavilə ilə bağlı razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Almaniyalı qapıçı daha bir mövsüm komandada qalacaq və yaxın günlərdə 1 illik sözləşmə imzalayacaq. 40 yaşlı oyunçunun bir neçə klubdan təklifi olsa da, o, Münhen təmsilçisində oynamağa davam edəcək.
Qeyd edək ki, 2011-ci ildən klubda çıxış edən Noyer bu mövsüm 34 oyunda 33 qol buraxıb.