RU

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyada pul siyasətinin yumşaldılması davam edir. Rusiya Bankı Direktorlar Şurası əsas faiz dərəcəsini ardıcıl səkkizinci dəfə azaltmaq qərarı verib.

Banco.az xəbər verir ki, son qərara əsasən, faiz dərəcəsi 50 bazis bəndi aşağı salınaraq illik 14,5%-ə endirilib.

Mərkəzi Bankın cümə günü keçirilən iclasından sonra yaydığı açıqlamada bildirilir ki, daxili tələb artıq mal və xidmət təklifinin genişlənməsi imkanlarına yaxınlaşıb. Bununla yanaşı, qiymət artımının davamlı tempi hələ də yüksək olaraq qalır və illik hesablamada 4-5% diapazonunda müşahidə edilir.

Açıqlamada həmçinin vurğulanır ki, xarici iqtisadi şərtlər və fiskal siyasət parametrləri ilə bağlı qeyri-müəyyənliklər davam edir.

Tənzimləyici əlavə edib ki, növbəti iclaslarda faiz dərəcəsinin gələcək taleyi inflyasiyanın yavaşlama tempindən, inflyasiya gözləntilərindən və həm daxili, həm də xarici risklərin qiymətləndirilməsindən asılı olacaq.

Избранный
61
banco.az

1Источники