ABŞ İranla əlaqəli gəmini ələ keçirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Pentaqonda keçirilən brifinqdə bildirib.
Bildirilib ki, ABŞ qüvvələri blokada əməliyyatı zamanı xəbərdarlıqlara məhəl qoymayan İranla əlaqəli yük gəmisini zərərsizləşdirərək ələ keçirib.
Qeyd olunub ki, Keynin sözlərinə görə, gəmi və heyət altı saat ərzində edilən çoxsaylı xəbərdarlıqları nəzərə almayıb.
Məlumata görə, ABŞ qüvvələri əvvəlcə xəbərdarlıq atəşi açıb, daha sonra isə gəmini dayandırmaq üçün “söndürmə atəşi” tətbiq edib.
Açıqlamada bildirilib ki, bundan sonra ABŞ dəniz piyadaları vertolyot vasitəsilə gəmiyə daxil olub və onu hərəkətsiz vəziyyətə gətirərək nəzarətə götürüblər.
Keyn əlavə edib ki, ABŞ qüvvələri Hind-Sakit okean bölgəsində sanksiya altında olan İran neftini daşıyan bir tankeri də saxlayıb.
O qeyd edib ki, bu addımlar qlobal səviyyədə sanksiyaların və blokada tədbirlərinin icrası çərçivəsində həyata keçirilir və tanker barədə yekun qərar hələ verilməyib.
Aminə ŞAHSUVARQIZI