RU

Fraxtçının məsuliyyət sığortasının Xəzər regionunda genişləndirilməsi tələb olunur - Orbis Partners Risk

Bakı.Trend:

Fraxtçının (daşıyıcı - red) məsuliyyətinin və hüquqi xərclərinsığortası Xəzər və Mərkəzi Asiya regionlarında daha fəal şəkildətətbiq olunmalıdır.

Trend xəbər verirki, bu barədə Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiyaregionlarında neft ticarəti və logistika forumunda “Orbis RiskPartners” şirkətinin direktoru Mayk Şou bildirib.

"Fraxtçının məsuliyyəti və hüquqi xərclərin sığortalanması buregionda hələ geniş yayılmayıb və hesab edirəm ki, bu vəziyyətdəyişməlidir. Tez-tez belə bir fikir eşidirik: "Hələ ki, heç nə başverməyib". Bu, həm təşkilat daxilində, həm də müştərilər arasındaişlədiyim şirkətlərdə qarşılaşdığım əsas arqumentdir. İnsanlardeyirlər: "Biz yükü sığortalamaq istəyirik, lakin fraxtçınınməsuliyyətinin sığortası bizi narahat etmir" və ya "Dəmir yoludaşımalarını sığortalamırıq, çünki heç nə baş vermir"", – deyə oqeyd edib.

Direktor vurğulayıb ki, şirkətlər öz risklərini dəyərləndirməlivə onları sığortaçılar və ya brokerlərlə müzakirə etməlidirlər.

Şounun sözlərinə görə, dəniz yük sığortası adətən saxlama vəmultimodal daşımaları da əhatə edir. Bu, “dəniz yük sığortası”adlandırılan və yükün bütün marşrutunu – maliyyə marağınınyarandığı andan etibarən, o cümlədən dəmir yoluna yüklənmə,saxlama, gəmiyə yükləmə, boşaltma və sonrakı daşınmanı əhatə edənsığorta növüdür.

“Əgər sığortalanan maraq mövcuddursa, bütün marşrut bir sığortapolisi ilə əhatə oluna bilər. Eyni zamanda, dəmir yolunda baş verəninsidentlər də mümkündür və həm yükün özü, həm də məsuliyyət,çirklənmə və ya zərər baxımından ciddi nəticələrə səbəb ola bilər.Belə hallarda kompensasiya tələbləri adətən təchizat zəncirininiştirakçılarına yönəldilir, hətta onlar özlərini məsul hesabetməsələr belə”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu baxımdan əsas məsələ sığorta təminatınınmövcudluğudur: risklər sığortalanıbmı, yoxsa şirkət mümkünnəticələri tam dərk etmədən onları faktiki olaraq öz üzərinəgötürür.

O vurğulayıb ki, şirkətlər öz risklərini dəyərləndirməli vəonları sığortaçılar və ya brokerlərlə müzakirə etməlidirlər.

Məqalədə:
Избранный
8
1
az.trend.az

2Источники