ABŞ-li sahibkar İlon Maska məxsus "Tesla" şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər - "Cybercab"ın satışına başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat verilib.
Sözügedən nəqliyyat vasitəsi 2024-cü ilin oktyabrında təqdim edilmişdi.
Robot-taksilər tam avtonomdur, sürücü üçün idarəetmə mexanizmləri ilə təchiz olunmayıb.
"Cybercab"ın satış qiyməti 30 min dollardır, xidmətdən istifadə edənlər isə hər mil (1.6 kilometr) üçün təxminən 30-40 sent ödəyəcəklər.
"Cebheinfo.az"