RU

“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib

 “Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri çərçivəsində “Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib.Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

AzEdu.az xəbər verir ki, Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, millət vəkilləri Əziz Ələkbərli, Vüqar Rəhimzadə, Qaya Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət edib və Naxçıvanın zəngin tarixinə, mədəniyyətinə və memarlıq abidələrinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də Naxçıvandan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlar çıxışlarında Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət, dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyəti,  Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlar addımlar barədə danışıblar. Həmçinin sözügedən dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıblar.

Tədbirdə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən Naxçıvana həsr olunmuş mahnı və rəqslər nümayiş etdirilib.   

 

Избранный
21
azedu.az

1Источники