RU

Hegset Avropanın Hörmüz sammitini ələ salıb

ABŞ müdafiə naziri Fransa və Böyük Britaniyanın təşkil etdiyi toplantını ciddi səylər kimi qiymətləndirməyib...

Poliqon xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Hegset Fransa və Böyük Britaniyanın Hörmüz boğazı ilə bağlı təşkil etdiyi son sammiti tənqid edib.

Hegset bildirib ki, ötən həftə Avropada keçirilən toplantı real nəticə verməyən və gecikmiş müzakirələrdən ibarət olub. Onun sözlərinə görə, Avropa ölkələri vəziyyətə yalnız hadisələr yekunlaşdıqdan sonra reaksiya vermək ehtimalını müzakirə edirlər.

“Ötən həftə Avropada gülünc bir konfrans keçirildi. Orada hər şey bitdikdən sonra bəlkə də hansısa addım atacaqlarını müzakirə edirdilər. Bunu hələ ciddi səylər adlandırmaq olmaz. Biz Avropanın öz töhfəsini verməsini istərdik”, deyə Hegset qeyd edib.

ABŞ müdafiə naziri əlavə edib ki, Hörmüz boğazında yaranmış vəziyyət yalnız Vaşinqtonun deyil, Avropa ölkələrinin də təhlükəsizlik və iqtisadi maraqlarına birbaşa təsir göstərir. Onun fikrincə, Avropa tərəfi bəyanatlarla kifayətlənməməli, real və praktiki addımlar atmalıdır.

Poliqon.info

Избранный
46
poliqon.info

1Источники